General Səlami: Heç bir İran pilotsuzu indiyədək vurulmayıbdır
-
General Səlami: Heç bir İran pilotsuzu indiyədək vurulmayıbdır
İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı bu gün Lorestanda seldən zərər çəkmiş məntəqələrə baxışın kənarında deyib: Rəsmən elan edirəm ki, heç bir İran pilotsuzu vurulmayıbdır.
General-mayor pasdar Hoseyn Səlami bu gün müxbirlər qarşısında deyib: Əgər düşmənlərin bu barədə sənədləri vardırsa, sübut etməlidirlər. O, əlavə edib: Əgər düşmənlər bacarırlarsa, vurulma filmini və pilotsuzun iranlı detallarını göstərsinlər.
General Səlami vurğulayıb: Bu, böyük bir yalandır və biz sübut etdik ki, yalandır və düşmənlər də öz iddialarını sübut etsinlər.
İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi də nazirlər kabineti iclasının kənarında müxbirlər qarşısında ABŞ prezidentinin İran pilotsuzunun vurulmasına dair iddiasına cavab olaraq, deyib: İran PUA-ları tapşırıqlarını yerinə yetirib və sağ-salamat geri dönüblər və əgər bir kəs iddia edirsə, sənəd təqdim etməlidir, necə ki, biz təcavüzkar pilotsuzu vurduq və faktları və onun qalıqlarını göstərdik.