Avq 08, 2019 13:21 Asia/Baku
  • İranlı tələbələr Hindistanın Tehrandakı səfirliyi önündə aksiya keçiriblər
    İranlı tələbələr Hindistanın Tehrandakı səfirliyi önündə aksiya keçiriblər

İranlı tələbələr Hindistanın nəzarəti altında olan Kəşmir məntəqəsində müsəlmanların qırğın edilmələrinə etiraz olaraq, bu gün həmin ölkənin Tehrandakı səfirliyi önündə aksiya keçiriblər.

Əllərində plakatlar tutmuş aksiyaçılar Yeni-Dehlinin müsəlmanlara qarşı hərəkətlərini pisləyiblər. Onlar bu hərəkətlərin dayandırılmasını tələb ediblər.

İranlı tələbələr habelə beynəlxalq təşkilatların Hindistanın nəzarəti altında olan Kəşmir məntəqəsindəki müsəlmanların vəziyyətinə baxmalarını istəyiblər.

Hindistan illər boyudur, minlərlə hərbçi yerləşdirməklə Kəşmirin bəzi məntəqələrini öz nəzarəti altına alıb və otuz il ərzində on minlərlə nəfəri qətlə yetiribdir.

Kəşmir əhalisi bu məntəqənin vəziyyətinin təyin edilməsi üçün referendumun keçirilməsi haqda BMT Təhlükəsizlik Şurası qətnamələrinin icra edilməsini istəyir. Hindistan hökuməti isə daim bu fikirlə müxalifət edir.

Teqlər