Avq 13, 2019 18:03 Asia/Baku
  • İranlı tələbələr insan haqları iddiaçılarını tənqid ediblər
    İranlı tələbələr insan haqları iddiaçılarını tənqid ediblər

İranlı tələbələr Məşhəddə aksiya keçirərək, Qərb ölkələrini və insan haqları iddiasında olan təşkilatları Kəşmir böhranı qarşısında susduqlarına görə tənqid ediblər.

İranlı tələbələr bu aksiyada şüarlar verərək, Kəşmir olaylarından nigarançılıq ediblər. Onlar bu bölgə böhranının dialoq yolu ilə həllini istəyiblər.

İranlı tələbələr həmçinin aksiyanın sonunda bəyanat yayaraq, bölgə ölkələrinin zalımların fitnələri qarşısında sayıq olmaları vacibliyini vurğulayıblar.

Hindistan hökuməti avqustun 5-də bildirdi ki, bu ölkənin əsas qanununda həmin ölkənin nəzarəti altında olan Kəşmir bölgəsi üçün nəzərdə tutulmuş xüsusi imtiyazlar prinsipini ləğv edibdir.

Kəşmir əhalisi BMT Təhlükəsizlik Şurasının Kəşmirin durumunun təyin edilməsi üçün referendumun keçirilməsi barədəki qətnaməsinin icrasını istəyib, amma Hindistan hökuməti daim bu hərəkətlə müxalifət edibdir.

Teqlər