Ayətullah Əraki Şeyx Zəkzaki ilə telefonla danışıb
İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi bu gün səhərçağı Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzaki ilə telefon söhbətində onun müalicə prosesi ilə tanış olub.
İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi Ayətullah Mohsen Əraki bu telefon söhbətində Şeyx Zəkzakinin vəziyyətindən nigarançılıq edərək, vurğulayı ki, İran İslam Respublikası və İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyası onun müalicə prosesinə kömək üçün əllərindən gələni edəcəklər.
İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibinin sözlərinə görə, Şeyx İbrahim Zəkzakinin ruhiyyəsi çox yaxşı olubdur.
Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzaki səhhətinin ağırlaşmasına gətirib çıxarmış dörd il ev dustaqlığına dözdükdən sonra bu ölkədəki bir məhkəmənin qərarı ilə müalicə kursu keçmək üçün bazar ertəsi günü axşam Hindistana yola düşdü.