General Hatəmi: İran İraqın təhlükəsizliyini öz təhlükəsizliyi bilir
-
General Hatəmi: İran İraqın təhlükəsizliyini öz təhlükəsizliyi bilir
İranın müdafiə naziri bildirib ki, İraqın müdaifə bünövrəsinin gücləndirilməsi İranın əsas strategiyalarından biridir. O, deyib ki, İran İraqın təhlükəsizliyini öz təhlükəsizliyi bilir.
Briqada generalı Əmir Hatəmi bu gün Tehranda İraqın daxili işlər naziri Yasin Tahir əl-Yasiri ilə görüşdə təhdidlər qarşısında İraq hərbi qüvvələrinin müdafiə bünövrəsinin gücləndirilməsinin önəmini vurğulayaraq, əlavə edib: Terror qruplarının İraqa hücumunda İranın bu ölkəni himayə etməsi yaxın perspektivli və taktiki bir addım deyil, səmimi inamlardan irəli gələn, strateji və uzaq perspektivli bir addım olubdur.
İraqın daxili işlər naziri Yasin Tahir əl-Yasiri də bu görüşdə terror qrupları ilə mübarizədə İranın İraqı himayə etməsi və müqavimət göstərməsini yüksək qiymətləndirərək, deyib ki, İranla hərbi-təhlükəsizlik həmkarlığının genişləndirilməsi İraq hökumətinin əsas prioritetlərindən sayılır.