Zərif: İran Suriya və BMT-nin müsbət anlaşmasını himayə edir
https://azeri.sahartv.ir/news/İran-i347862-zərif_İran_suriya_və_bmt_nin_müsbət_anlaşmasını_himayə_edir
İranın xarici işlər naziri Tehranın Suriya böhranını siyasi yolla həll etmək əzmkarlığını vurğulayaraq, Suriya və BMT-nin hər cür müsbət anlaşmasını himayə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2019 14:46 Asia/Baku
  • Zərif: İran Suriya və BMT-nin müsbət anlaşmasını himayə edir
    Zərif: İran Suriya və BMT-nin müsbət anlaşmasını himayə edir

İranın xarici işlər naziri Tehranın Suriya böhranını siyasi yolla həll etmək əzmkarlığını vurğulayaraq, Suriya və BMT-nin hər cür müsbət anlaşmasını himayə edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranda BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Geir Petersen ilə görüşdə İranın Suriya böhranının siyasi həlli üzrə səylərinə işarə edərək, deyib: Amerika hökumətinin təzyiqləri Suriya əsas qanun komitəsinin təşkili və işə başlamasına mane olmuşdu.

Zərif bildirib ki, İran terrorizm və ifratçılıqla mübarizə sahəsində böyük səylər göstəirb. O, əlavə edib: Tehran daim Suriya-BMT münasibətlərinin genişlənməsinin təşviqatçısı olubdur.

BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Geir Petersen də bəzi ölkələrlə aparılmış məşvərətlərdə göstərilmiş son səyləri şərh edibdir.