Sen 04, 2019 13:42 Asia/Baku
  • Region ölkələri müqavimət mehvərinin döyüşçülərinə borcludurlar
    Region ölkələri müqavimət mehvərinin döyüşçülərinə borcludurlar

İranın müdafiə naziri vurğulayıb ki, müqavimət iftixar zirvəsinə çataraq, düşmənin gözündə bir tikan olubdur. O, bildirib ki, region ölkələri müqavimət mehvərinin döyüşçülərinə borcludurlar.

Briqada generalı Əmir Hatəmi bir mərasimdə vurğulayıb ki, müqavimət diplomatiyası İran İslam Respublikasının müdafiə diplomatiyasına təsir göstərən mehvərlərdən biridir. O, deyib: Müqavimət mehvəri/ insanlıq, azadəlik, dəyanət və şərəf mehvəri,/ həmçinin küfr, istibdad, terrorizm, imperializm və tamahkarlar daxil olmaqla bütün şər təzahürlərlə mübarizə simvoludur.

Briqada generalı Hatəmi həmçinin bildirib ki, Qərbi Asiya bölgəsinə qarşı olduqca böyük bir fitnə işlənib hazırlanmışdı. O, deyib: Bu layihənin icraçılarını ən şər şəxslər seçərək, təkfirçi-terrorçu qruplar formasında toplamışdılar və əgər müqavimət mehvərinin döyüçüləri olmasaydılar, zalım qərbli himayədarların dəstəyi ilə sionist rejimin mənsəbpərəstliyi bu rejimin hazırkı sərhədlərindən daha geniş məntəqələrə gedib çatardı.

Teqlər