İran prezidenti Ankaraya daxil olub
Sen 16, 2019 06:48 Asia/Baku
İran İslam Respublikasının prezidenti İran-Rusiya-Türkiyə üçtərəfli iclasında iştirak etmək üçün bir nümayəndə heyəti ilə Türkiyənin paytaxtı Ankaraya daxil olub.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın rəsmi dəvəti ilə 5-ci İran-Rusiya-Türkiyə üçtərəfli iclasında iştirak və çıxış etmək, həmçinin Suriya böhranı barədəki məşvərətləri davam etdirmək üçün dünən axşamçağı Türkiyəyə gedib.
İran, Rusiya və Türkiyə başçılarının sammiti bu gün keçiriləcək.