Kontr-admiral Fədəvi: Bəzi region ölkələrinin ritorikası önəmsizdir
https://azeri.sahartv.ir/news/İran-i349159-kontr_admiral_fədəvi_bəzi_region_ölkələrinin_ritorikası_önəmsizdir
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın komandan əvəzi bəzi region ölkələrinin İrana ittiham vurmalarına işarə edib. Vurğulayıb ki, bəzi region ölkələrinin ritorikası önəmsizdir və İran onlara məhəl qoymur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 22, 2019 18:11 Asia/Baku
  • Kontr-admiral Fədəvi: Bəzi region ölkələrinin ritorikası önəmsizdir
    Kontr-admiral Fədəvi: Bəzi region ölkələrinin ritorikası önəmsizdir

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın komandan əvəzi bəzi region ölkələrinin İrana ittiham vurmalarına işarə edib. Vurğulayıb ki, bəzi region ölkələrinin ritorikası önəmsizdir və İran onlara məhəl qoymur.

Kontr-admiral Əli Fədəvi İran silahlı qüvvələrinin Bəndər-Abbasda keçirilən paradının kənarında vurğulayıb ki, İran islami ölkələrin birliyi üçün çalışır. O, əlavə edib: İslami ölkələr qərblilərin hökmranlıqları altında olmamalıdırlar.

Kontr-admiral Fədəvi bildirib ki, Amerika dənizdə İranın silahlı qüvvələri qarşısında acilzik ifadə edir. O, deyib: İslami quruluşun Amerikanın düşmənçilik hərəkətləri qarşısındakı təmkinliliyi islami qayda əsasındadır.