ABŞ-ın dərman və terapiya sanksiyaları iqtisadi terrorizmin tərifidir
https://azeri.sahartv.ir/news/İran-i349397-abŞ_ın_dərman_və_terapiya_sanksiyaları_iqtisadi_terrorizmin_tərifidir
İranın xarici işlər naziri Amerikanın İrana qarşı dərman və terapiya sanksiyalarını iqtisadi terrorizmin klassik tərifi adlandırıb. O, deyib: Beynəlxalq ictimaiyyət Amerikanı və bu ölkənin iqtisadi terrorizminin digər havadarlarını bu davranışdan əl çəkməyə vadar etməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 27, 2019 05:27 Asia/Baku
  • ABŞ-ın dərman və terapiya sanksiyaları iqtisadi terrorizmin tərifidir
    ABŞ-ın dərman və terapiya sanksiyaları iqtisadi terrorizmin tərifidir

İranın xarici işlər naziri Amerikanın İrana qarşı dərman və terapiya sanksiyalarını iqtisadi terrorizmin klassik tərifi adlandırıb. O, deyib: Beynəlxalq ictimaiyyət Amerikanı və bu ölkənin iqtisadi terrorizminin digər havadarlarını bu davranışdan əl çəkməyə vadar etməlidir.

Məhəmməd Cavad Zərif Nyu-Yorkda BMT Baş Assambleyasının illik sessiyası çərçivəsində ümumi sığorta ilə bağlı yüksək səviyyəli yığıncaqda vurğulayıb: Amerikanın kor-koranə maksimum təzyiq siyasəti İranın adi vətəndaşlarını məhdudiyyətlərlə üzləşdiribdir ki, bu da xəstəxana avadanlıqları və tibb ləvazimatlarının satın alınması üzrə adi maliyyə tranzaksiyalarını əngəlləyir.

Zərif əlavə edib: Dövlətin siyasətlərini dəyişdirmək məqsədilə keçirilən ictimaiyyətin tez zərər çəkə bilən hissəsinə qarşı bu əzab-əziyyət və qəsdən göstərilən təzyiq iqtisadi terrorizmin klassik tərifi və bu xas bir halda isə iqtisadi terrorizmdir.