Sen 28, 2019 08:31 Asia/Baku
  • EKO iclasının Amerikanın qanunsuz hərəkətləri ilə bir zamanda keçirilməsi mühümdür
    EKO iclasının Amerikanın qanunsuz hərəkətləri ilə bir zamanda keçirilməsi mühümdür

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini EKO iqtisadi əməkdaşlıq təşkilatının xarici işlər nazirləri iclasının Amerikanın hegemonçuluğu və birtərəfli qanunsuz hərəkətlərinin şiddətlənməsilə bir zamanda keçirilməsini mühüm adlandırıb.

Seyyed Əbbas Əraqçi BMT Baş Məclisinin Nyu-Yorkda keçirilən illik sessiyası ilə bir vaxtda təşkil olunan EKO iqtisadi əməkdaşlıq təşkilatının xarici işlər nazirlərinin iclasında əlavə edib: Amerikanın qanunsuz hərəkətləri nəinki inkişaf etməkdə olan ölkələr üçün gözlənilməz və təhlükəli bir gələcək cızıbdır, həm də hazırkı durum və bir gücün öz istək və iradəsini dünyanın digər xalqlarına qəbul etdirməsi gələcək nəsillərin rifahıı və inkişafını da təsir altına alıbdır.

Amerikanın birtərəfli və təxribatçı yanaşması və bu ölkənin beynəlxalq sistemdə qəbul olunmuş qaydaları dəyişməyə çalışmasını qınayan İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: Çoxvektorluluğun dayaqlarına qarşı nadir hücumların baş verdiyi belə həssas bir şəraitdə EKO təşkilatı uğurlu çoxvektorluluğun misalçəkilməli bir nümunəsi kimi yüksək dəyər, hədəf və amallarla həmkarlığın yüksəldilməsi, həmçinin bölgədə mühüm layihələrin icrası üçün özünəməxsus bir atmosfer yaradıbdır.

Əraqçi söyləyib: Hərçənd EKO inkarolunmaz bir inkişafa malik olub, amma hələ də bölgə əhalisinin istək və tələbələrini təmin edə biləcək mərhələyə çatmasına çox qalır.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini EKO-ya üzv ölkələrin öhdəlikləri və siyasi iradələrini əməliyyat səviyyələrində hissolunacaq nəticələrə çatmaq üçün son dərəcə zəruri adlandırıb.

 

Teqlər