Okt 09, 2019 14:24 Asia/Baku
  • Amerikanın İran xalqına qarşı hərəkətləri müharibə xarakterlidir

İran xarici işlər naziri ABŞ-ın İran xalqına qarşı hərəkətlərini müharibə xarakterli adlandıraraq, Amerikanın İrana qarşı iqtisadi müharibədə mülki şəxsləri hədəfə aldığını bildirib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranda "Dünya iqtisadiyyatı və sanksiyalar" mövzusunda keçirilən beynəlxalq konfransda əlavə edib: Maliyyə və iqtisadi silahlar və ya iqtisadiyyat və dolların müharibə amilinə çevrilməsi beynəlxalq ədəbiyyatda adi bir terminə çevrilibdir.

Zərif bu silahların bir zamanlar sırf olaraq, bəzi ölkələrdə bəzi fəaliyyətləri məhdudlaşdırdığını, lakin ABŞ-ın yeni silahları və prezident Donald Trampın "iqtisadi müharibə" adlandırdığı məsələnin adi insanların dolanışığı və sağlamlığını hədəfə aldığını bildirib.

İranın xarici işlər naziri əlavə edib: ABŞ maliyyə vasitələrindən İran, Çin, Rusiya, Kuba və Venesuela kimi müstəqil ölkələrə təzyiq göstərmək üçün istifadə edir.

Zərif ABŞ-ın İran Mərkəzi Bankını yenidən boykot etməsinə də toxunaraq, hər hansı bir formada olursa-olsun, İran Mərkəzi Bankının boykot edilməsinin qanunsuz olduğunu bildirib, zira boykotun Mərkəzi Banka Iranın  maliyyə vasitəsi kimi bu ölkə xalqı üçün dərman və qida almağa icazə verilmədiyini qeyd edib.

İranın xarici işlər naziri ABŞ dövlət katibinin İran xalqının yemək istədiyi təqdirdə, ABŞ-ın siyasətinə əməl etməli  olduğunu bildirməsinə də toxunaraq, vurğulayıb: Bu terrorizm və bir növ hərbi cinayətidir.

 

 

Teqlər