İngilab Rəhbəri: Doğru yolda sabitlik ölkənin və dünyanın islahatına aparır
Şəhidlər ağasının şəhadətinin Ərbəin günündə İmam Xomeyni(r.ə.) adına hüseyniyyə bütün ölkədən olan tələbə heyətlərini qarşılayırdı və əzadar tələbələr İslam İnqilabının Böyük Rəhbərinin hüzurunda Müqəddəs Kərbəla zəvvarları ilə səs-səsə verərək, “Ləbbeyk, Ya, Hüseyn!” nidası verirdilər.
Həzrət Ayətullahuluzma Xamenei bu mərasimdə qısa bir çıxışda gənclərin səfalı və şövqlü əzadarlıq mərasiminə görə təşəkkür edərək, onlara xitabən deyiblər: Siz əzizlərin səfa və nuraniliyiniz olduqca əhəmiyyətlidir və mən daim Allah-Taaladan məni və sizi düzgün yolda davamlı olmaqda qərar verməsini istəyirəm, çünki bu haqq yolunda möhkəm olsanız, ölkə, dünya və bəşəriyyət onun mənfəətlərindən bəhrələnəcəklər.
Həmçinin mərasimin natiqi höccətulislam Səədi İran xalqının müqavimət diskursunun Hüseyn(ə) müqavimətindən mənşə aldığını bildirib. O, əlavə edib: Hegemonçuluq və imperializm cərəyanı özlərinin çoxsaylı tribunaları vasitəsilə haqq ilə nahaqqın yerini dəyişdirmək istəyirlər, amma Həzrət İmam Səccad və Həzrət Zeynəbi-Kübranın Kufə və Şamda özlərinin aydınlaşdırıcı çıxışları ilə Öməvi hökumətini rüsvay etdikləri kimi bu gün də haqq cərəyanının tribunaları İslam və İnqilabın sözlərini qüdrətlə bəyan və hegemonçuluq sisteminin təlqinlərini ifşa etməlidirlər.
Bu mərasimdə həmçinin Hənif Taheri və Motii, Ərbəin ziyarətnaməsini qiraət edib, növhə oxumaqla Həzrət Seyyiduşşuhadə(ə)-ın və onun əhli-beytinin müsibətlərini zikr ediblər.
Mərasimin sonunda İslam İnqilabının Böyük Rəhbərinin imaməti ilə günorta və ikindi namazları qılınıb.