İran və Kuba prezidentləri məşvərət ediblər
İran İslam Respublikasının prezidenti Həsən Ruhani Bakıda kubalı həmkarı ilə görüşdə deyib ki, zalım güclərin İran və Kubanın müqaviməti qarşısında təslim olmaqdan başqa çarələri yoxdur.
Ruhani dünən axşam Bakıda- Qoşulmama Hərəkatının sammiti çərçivəsində Kuba prezidenti Migel Dias-Kanel ilə görüşdə əlavə edib: Kuba xalqı İranın nöqteyi-nəzərincə, mübariz bir xalqdır və bu gün Kuba və İran öz istiqlaliyyətlərini müdafiə edirlər.
Kuba prezidenti də bildirib ki, Havana daima Tehranla səmimi münasibətlər tərəfdarıdır. O, İran İslam Respublikası prezidentinin Qoşulmama Hərəkatının 18-ci sammitindəki çıxışına toxunub. Qeyd edib ki, İran prezidenti Amerikanın ekspansianist siyasətlərini yaxşı şəkildə şərh etdi.
Qoşulmama Hərəkatına üzv ölkələrin 18-ci sammitində iştirak və çıxış etmək üçün Bakıya səfər etmiş İran prezidenti dünən gecə Tehrana qayıdıb.