General Musəvi: Düşmənlərin fitnələri İran xalqının iradəsinə xələl gətirməyəcək
İran İslam Respublikası ordusunun baş komandanı düşmənlərin sanksiya, təhdid və fitnəsinin İran xalqının iradəsinə xələl gətirməyəcəyini bildirərək deyib: İran xalqı heç vaxt düşmənlərin tamahkarlığı və zorakılığına təslim olmayacaq.
General-Palkovnik seyid Əbdürrəhim Musəvi bu gün ABŞ-ın Tehrandakı casusluq yuvasının (səfirliyi) qarşısında 13 aban münasibəti ilə etdiyi nitqində deyib: İran xalqı 13 abanda dünya müsəlmanları və məhrumlarına göstərdi ki, qarətçilər, zorakılar və çapovulçular qarşısında müqavimət yolunu seçə və qələbə çala bilərlər.
General Musəvi Amerikanın son 40 ildə İran xalqına qarşı heç bir cinayətdən çəkinmədiyini xatırladıb və deyib: Terrorçu qrupları təşkilatlandırmaq,İraqın bəs rejiminə dəstək vermək, sənişin təyyarəsini hədəfə almaq, zalım sanksiyalar tətbiq etmək, maliyyə vəsayitləri dondurmaq Amerikanın İran xalqına qarşı cinayətlərinin sadəcə bir hissəsidir.