İranda “Canfəda”ların təlimi keçirilib
https://azeri.sahartv.ir/radio/İran-i423154-İranda_canfəda_ların_təlimi_keçirilib
Bu gün paytaxt Tehran başda olmaqla İranın bütün ərazilərində İslam İnqilabının Ali Rəhbərinə ləbbeyk olaraq, vətən uğrunda canlarını fəda etməyə hazır olanların və ya “Canfəda”ların təlimi keçirilib.
(last modified 2026-09-19T14:51:11+00:00 )
Sen 19, 2026 18:45 Asia/Baku
  • İranda “Canfəda”ların təlimi keçirilib

Bu gün paytaxt Tehran başda olmaqla İranın bütün ərazilərində İslam İnqilabının Ali Rəhbərinə ləbbeyk olaraq, vətən uğrunda canlarını fəda etməyə hazır olanların və ya “Canfəda”ların təlimi keçirilib.

İrimiqyaslı “Canfəda-yi İran” təlimi bu gün səhər saatlarından etibarən və “Canfəda” kampaniyasının döyüş batalyonları ilə yanaşı, əhalinin müxtəlif təbəqələrinin iştirakı ilə həm Tehranda, həm də ölkənin digər bölgələrində start götürüb. Tehrandakı mərasim səhər saat 8:00-da başlayıb və tədbir çərçivəsində İmam Hüseyn meydanından İnqilab meydanına qədər uzanan marşrut üzrə 313 min nəfərin, o cümlədən "Bəsic"in döyüş batalyonlarının, "Canfəda" kampaniyası üzvlərinin, "Müqəddəs Müdafiə" dövrü veteranlarının və geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə möhtəşəm parad keçirilib. Tədbir zamanı yarli istehsal olan bir sıra pilotsuz uçuş aparatları da nümayiş etdirilib və ölkənin PUA texnologiyası sahəsindəki imkanlarının bir hissəsi ictimaiyyətə təqdim olunub.İran prezidenti Məsud Pezeşkian da Tehrandakı təlimdə iştirak edib. və iştirakçıların nümayiş etdirdiyi milli həmrəylik, birlik və sədaqət ruhunu yüksək qiymətləndirib.Prezident Pezeşkian iştirakçıların və vətəndaşların arasına daxil olaraq onlarla həmsöhbət olub.Qeyd olunur ki, "Canfəda" kampaniyasında qeydiyyatdan keçən 31 milyon nəfərin 32%-i qadınlar, 68%-i isə kişilərdir.