Noy 20, 2019 19:49 Asia/Baku
  • Ruhani: İğtişaşçılar mütəşəkkil olaraq, düşmənlərin İrana qarşı proqramının icraçısı idilər

İran İslam Respublikasının prezidenti ölkədə yanacaq istehlakının idarə olunması layihəsinin icrasından sonra meydana çıxmış məsələlərə işarə edərək, deyib: Mütəşəkkil və silahlanmış iğtişaşçılar bölgədəki irticanın, sionistlərin və amerikanlaın İrana qarşı proqramının icraçısı idilər.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında bildirib ki, İran xalqı növbəti bir tarixi sınaqdan başıuca çıxdı. O, əlavə edib: İran İslam Respublikası quruluşuna qarşı zərbə planlaşdıran və ötən iki ildə yeni sanksiyalar və maksimum təzyiqlə İran xalqını quruluşa qarşı qoymaq istəyən kəslər İran xalqının sayıqlığı ilə bir daha uğursuz qaldılar.

Ruhani İran xalqına və İslam İnqilabının Böyük Rəhbərinin bəyanatına görə təşəkkür edərək, deyib: İslam İnqilabının Böyük Rəhbəri özlərinin müdrikcəsinə bəyanatları ilə tam şəkildə İran xalqına yol göstərərək, reallıqları bəyan etdilər.

İran İslam Respublikasının prezidenti vurğulayıb ki, bu, İran xalqı üçün böyük bir qələbədir. O, əlavə edib: İran xalqının müxtəlif şəhərlərdəki könüllü və təbii əzəmətli toplantıları xalqın İran İslam Respublikası quruluşu ilə həmrəyliyi, birliyi, həmçinin sayıqlığı və qüdrətini dünya xalqlarına göstərdi.

Ruhani habelə doğmaları son hadisələrdə iğtişaşçılar tərəfindən şəhid edilmiş ailələrin kədəri ilə bölüşərək, İranda milli təhlükəsizliyi pozanlarla qətiyyətli rəftarın edilməsini istəyib.

İranda benizinin qiymətinə düzəliş layihəsinin icrası ilə cümə günü səhər tezdən keçirilən bəzi etirazlar bir qrup xuliqan və banditin sui-istifadəsilə öz yolundan yayındı.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei ötən bazar günü xarici fiqh dərsində benizinin qiymətinə düzəliş layihəsinin icrasından sonra meydana çıxan məsələlər barədə dedilər: Yəqin ki, xalqın bir hissəsi bu qərardan nigaran və narahat olacaq, amma dağıtmaq və yandırmaq xalqın deyil, quldurların işidir.

 

Teqlər