Dek 06, 2019 13:51 Asia/Baku
  • İran OPEK-dəki haqqından əl çəkməyəcək
    İran OPEK-dəki haqqından əl çəkməyəcək

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı səfiri və daimi nümayəndəsi deyib ki, İran sanksiyadan sonrakı şəraitdə neft hasilatı və ixracatı sahəsindəki haqqından əl çəkməyəcək.

Kazem Qəribabadi dünən gecə Vyanada OPEK-in 177-ci iclasının kənarında əlavə edib: Payların azaldılması hazırkı şəraitdə öz neft hasilatlarını artırmış ölkələrə şamil olmalıdır.

O, eyni zamanda Amerikanın zalımcasına sanksiyaları nəticəsində İranın neft ixracatının azalmasına işarə edib və belə deyib: İran neftinin bazardan çıxması fürsətindən istifadə edən və daha çox istehsala malik olan ölkələr hazırkı artıq istehsalın əvəzində gələcəkdə daha çox azalma da həyata keçirməlidirlrər.

OPEK-in 177-ci iclası dünən gecə təşkilata üzv 14 ölkə nazirlərinin iştirakı ilə keçirilibdir ki, nazirlər gələn milad ilinə bu strateji əmtəə malının qiymətinin balansının qorunması üçün neft hasilatının uzadılması və ya daha çox azaldılması haqda qərar çıxarmış olsunlar.

 

 

Teqlər