Dek 19, 2019 19:10 Asia/Baku
  • İran İslam Respublikası digər müsəlman ölkələri ilə əməkdaşlığa hazırdır
    İran İslam Respublikası digər müsəlman ölkələri ilə əməkdaşlığa hazırdır

İslam ölkələri başçılarının İslam ümməti üçün layiqli bir mövqe düşünməli olduqlarını vurğulayan İran İslam Respublikası prezidenti bildirib ki, İran digər müsəlman ölkələri ilə əməkdaşlıq etməyə hazırdır.

"Kuala Lumpur- 2019" zirvə görüşünün kənarında keçirilən "İnkişaf prioritetləri və problemlər" adlı dəyirmi masada danışan Həsən Ruhani deyib: Təkfirçi cərəyanının nəticəsi, cəhalət, təəssüb, qırğın və islami cəmiyyətlərin dağıdılmasından başqa bir şey olmayıbdır.

İran İslam Respublikasının prezidenti vurğulayıb: İslam/ sivilizasiyaların toqquşması və savaşını istəmir, əksinə İslam sivilizasiyası başqalarına dözmək, başqalarını dəvət etmək və başqaları ilə birlikdə yaşamaq sivilizasiyasıdır.

Ruhani ekstremist münasibətlərin İslam cəmiyyətlərinə baha başa gəldiyini bildirib: Təəssüf ki, Qərb meyarlarını tam təqlid etmək və milli adət-ənənələrə və dini inamlara diqqətsizlik bəzi İslam cəmiyyətlərinin tərəqqisi və inkişafına mane olubdur.

İran İslam Respublikasının prezidenti maliyyə və bankçılıq, müasir texnologiyalar, ticarət, turizm və mədəni və sosial sahələrdə həmkarlığı islami ölkələrin sinerjisi və iqtisadi əməkdaşlığı sahələrindən adlandırıbdır.

2019-cu il Kuala Lumpur sammiti İran və Türkiyə prezidentləri, Malayziyanın baş naziri və Qətər əmirinin, eləcə də islami ölkələrdən olan yüzlərlə şəxsiyyət və elitanın iştirakı ilə bu gün Malayziyada işə başlayıb.

Teqlər