Dek 19, 2019 21:50 Asia/Baku
  • İran və Türkiyə islami ölkələrin həmkarlığı və həmrəyliyi vacibliyini vurğulayıblar
    İran və Türkiyə islami ölkələrin həmkarlığı və həmrəyliyi vacibliyini vurğulayıblar

İran və Türkiyənin prezidentləri İslam Dünyasının problemlərini araşdırmaq məqsədilə Malayziyada islami ölkələrdən bir neçəsinin dövlət başçılarının sammitinin keçirilməsini alqışlayaraq, müsəlman ölkələrin daha artıq həmkarlığı və həmrəyliyi vacibliyini vurğulayıblar.

Həsən Ruhani və Rəcəb Tayyıb Ərdoğan Kuala-Lumpur-2019 sammitinin kənarında regional məsələləri, xüsusən Suriyadakı dəyişikliklər prosesini araşdırıblar.

Ruhani Amerikanın Suriyadakı iştirakının davam etməsi və Suriyanın neft quyularına yiyələnmək üzrə səyindən nigarançılıq edərək, İran və Türkiyənin Suriya hökumətilə daha artıq əməkdaşlığını istəyibdir.

İran və Türkiyə prezidentləri bu görüşdə həmçinin qarşılıqlı əlaqələrin son durumuna nəzər salaraq, bu əlaqələrin bütün sahələrdə, xüsusən enerji, nəqliyyat, sənaye, ticarət və bank sahələrində genişləndirilməsini vurğualyıblar.

 

Teqlər