Ruhani: Amerikanın İrana qarşı sanksiyalarının nəticəsinin heç kəsə xeyri yoxdur
İran İslam Respublikasının prezidenti deyib ki, Amerikanın nüvə anlaşmasından sədaqətsiz çıxışındakı qanunsuz üsulu nə Amerikaya, nə də ki, nüvə anlaşması tərəflərinin heç birinə mənfəət gətirmədi və sübut etdi ki, sanksiyanın nəticəsi hamı üçün qarşılıqlı məğlubiyyətdir.
Yaponiya baş nazirinin rəsmi dəvətilə bu ölkəyə səfər edən İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Şinzo Abe ilə müzakirələrdə bildirib ki, bütün ölkələr BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə sadiq qalmalıdırlar. O, deyib ki, Amerikanın İrana qarşı sanksiyaları bir növ iqtisadi terrorizm sayılır və terrorimzlə mübarizə yolunda fəaliyyət göstərən ölkələr bu hərəkətlə mübarizə aparmalıdırlar.
Ruhani söyləyib ki, İran öz maraqlarının təmini çərçivəsində nüvə anlaşmasının qorunması üçün əlindən gələni edib və edəcəkdir də. O, yapon tərəfin nəzərinə çatdırıb ki, İran nüvə anlaşmasındakı digər tərəflərdən də öz öhdəliklərinə əməl etmələrini istəyir.
Ruhani bildirib ki, İranın nüvə anlaşmasındakı öhdəliklərini etaplarla azaltması məhz Amerikanın bu anlaşmadan çıxmasından və avropalıların anlaşmanın maddələri çərçivəsində öz öhdəliklərində səhlənkarlıq etmələrindən sonra həyata keçirilibdir.
İran İslam Respublikasının preizdenti qeyd edib ki, Tehran region ölkələrinin və qonşuların köməkləri və həmkarlıqları ilə həmişə bölgədə və dünyada sülh və asayişin bərqərarına çalışıb və bu istiqamətdə region ölkələrinin başçılarına məktublar da göndərilibdir.
Yaponiyanın baş naziri Şinzo Abe də öz növbəsində İran prezidentinin həmin ölkədə olmasından razılıq edib. Bildirib ki, İran-Yaponiya münasibətləri özünün 90-cı ilinə daxil olub və iki ölklə rəsmilərinin son illərdəki gediş-gəlişləri Tehran-Tokio əlaqələrinin daha da güclənməsinə səbəb olubdur.
Yaponiyanın baş naziri ölkəsinin bütün sahələrdə İranla əlaqələrini genişləndirməyə maraqlı olduğunu qeyd edib. Vurğulayıb ki, Tokio müxtəlif sahələrdə Tehranla əməkdaşlıqları genişləndirmək əzmindədir.