Dek 21, 2019 09:21 Asia/Baku
  • Ruhani: Maraqlar istiqamətində müzakirəni alqışlayırıq

İran İslam Respublikasının prezidenti bildirib ki, Tehran İran neftinin satışı, ixracatın artması və enerji sahəsi xüsusiyyət təşkil etməklə iqtisadi mübadilələrin artmasına səbəb olacaq hər bir layihəni alqışlayır.

Həsən Ruhani dünən gecə Tokioda Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşdən sonra öz tvitter hesabında bildirib: Öz milli maraqları istiqatmətində heç bir müzakirə və razılaşmadan boyun qaçırmırıq.

O, sonra deyib: Amerikanın İrana qarşı sanksiyaları bir növ iqtisadi terrorizmdir və terrorizmlə mübarizə yolunda fəaliyyət göstərən ölkələr bu hərəkətlə mübarizə aparmalıdırlar.

Yaponiya baş nazirinin dəvətilə yüksək səviyyəli bir nümayəndə heyətilə ikitərəfli danışıqlar aparmaq, həmçinin mühüm regional və beynəlxalq məsələləri araşdırmaq üçün cümə günü səhər Tokioya daxil olub.

Bu, ötən yeddi ildə İran prezidenti və Yaponiya baş nazirinin Ruhaninin prezidentliyinin əvvəlindən bəri keçirilən onuncu görüşüdür. Yaponiya və İran dostluq əlaqələrinə malikdirlər və keçən həftə də öz siyasi əlaqələrinin 90-cı ildönümünü qeyd etdilər.

 

 

Teqlər