Dek 21, 2019 14:43 Asia/Baku
  • İran İslam Respublikası prezidentinin Yaponiya səfəri sona çatdı

Yaponiya prezidentinin rəsmi dəvəti ilə bu ölkədə səfərdə olan İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Tehrana geri dönüb.

İran İslam Respublikası prezidenti Həsən Ruhani Yaponiyaya olan bir günlük səfəri çərçivəsində bu ölkənin baş naziri Şinzo Abe ilə görüşüb və iki tərəfi maraqlandıran, regional və beynəlxalq məsələlər barədə danışıqlar aparıb.

Ruhani Tokyonu tərk etməzdən əvvəl bir qrup iqtisadi baş menecer və yaponiyalı elita ilə görüşüb və iki ölkə arasında iqtisadi və siyayi əməkdaşlıqlar barədə fikir mübadiləsi aparıb.

Bu görüşdə İran və Yaponiya arasında olan yaxşı münasibətlərə və əlaqələrin genişləndirməsində iki ölkənin iradəsinə işarə edən dövlət başçısı deyib: İran qapıları həmişə yapon şirkətləri üçün açıqdır və bu şirkətlər mühüm layihələrdə o cümdən İranın cənub şərqində Çabahar layihəsində iştirak edə bilərlər.

Ruhani ümidvarlıq edib ki, bu səfər iki ölkə arasında olan elmi, mədəni, siyasi və iqtisadi əlaqələrın inkişafına öz töhfəsini verəcəkdir.

İran İslam Respublikasının prezidenti sonda iki ölkə arasındakı əlaqələrin qurulmasının 90 illik yubileyi münasibəti ilə "sülh ağacı" adlı bir rəsm əsərinə qol çəkib.

İran İslam Prezidenti yapon səfərindən öncə Malayziyada üç günlük səfərdə olub.

Ruhani Malayziyada olduğu müddət ərzində Kuala-Lumpur sammitində iştirakçılar və ölkə başçılarının toplantısında çıxış edib. Həmçinin "İslam dünyasında inkişafın prioritetləri və çağırışlar" mövzüsünda keçirilən dəyirmi masada iştirak etdikdən sonra Malayziyanın baş naziri Mahatir Muhəmməd, bu ölkənin kralı Sultan Abdullah, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan və Qətərin Əmiri Şeyx Təmim bin Həməd Ali-Sani ilə də ayrı-ayrılıqda görüşüb.

 

 

 

Teqlər