Dek 27, 2019 19:40 Asia/Baku
  • İran-Rusiya-Çin dəniz manevri başlanıb
    İran-Rusiya-Çin dəniz manevri başlanıb

İran, Rusiya və Çinin birgə dəniz manevri, bu gün “Kollektiv birlik və əməkdaşlıq sayəsində sülh, dostluq və sabit təhlükəsizlik” mesajı ilə Hind okeanının şimalında başlanıb.

İran ordusunun dəniz qoşunları komandanının əməliyyat üzrə müavini və üçtərəfli İran-Rusiya-Çin manevrinin sözçüsü kontr-admiral Qolamreza Təhani bu manevrin mətbuat konfransında deyib: Hind okeanının şimal bölgəsi çox təhlükəsiz bölgədir və bu sabit təhlükəsizlik İran silahlı qüvvələrinin qüdrəti ilə yaradılıbdır.

İran ordusunun dəniz qoşunları komandanının əməliyyat üzrə müavini bölgədə təhlükəsizliyin möhkəmləndirilməsi, dəniz ticarəti təhlükəsizliyinin gücləndirilməsi, dəniz quldurluğu və terrorizmi ilə mübarizə, dəniz yardımı və xilaskarlığı sahələrində məlumat mübadiləsi, həmçinin əməliyyat və taktika təcrübələri mübadiləsini bu dördgünlük manevrin hədəflərindən adlandırıb.

Rusiya Müdafiə Nazirliyi dünən gecə bir açıqlamada bildirib ki, ilk dəfə keçirilən üçtərəfli İran-Rusiya-Çin manevri dəniz quldurları vasitəsilə oğurlanmış gəmilərin azad edilmələrini simulasiya edir.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu ölkənin Baltik dənizi donanmasının üç ədəd gəmisi İran və Çinlə birgə dəniz manevrində iştirak edəcək.

 

Teqlər