Dek 31, 2019 14:14 Asia/Baku
  • İran və Çinin XİN başçıları əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar
    İran və Çinin XİN başçıları əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar

İran və Çinin xarici işlər nazirləri iki ölkə arasında əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar.

İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Pekində çinli həmkarı Vanq Yi ilə görüşündə İranın multilateralizmə dəstək verdiyini xatırladıb və deyib: Çinin beynəlxalq məsələlər o sıradan İran ilə əlaqədar məsələlərdəki mövqeyi çox önəmlidir. 

Zərif Amerikanın İrana qarşı birtərəfli sanksiyalarını qınayaraq beynəlxalq ictimaiyyəti unilateralizmə qarşı mövqe tutmağa və multilateralizmə dəstək verməyə çağırıb. 

İİR XİN başçısı Tehran ilə Pekin arasında strateji əlaqələrin bərqərar olunmasına toxunaraq deyib: İki ölkə əlaqələrinin strateji səviyyəyə yüksəlməsi, Tehran və Pekinin qarşılıqlı əməkdaşlıqları daha da genişləndirmək əzmində olduqlarını göstərir. 

Çinin xarici işlər naziri Vanq Yi də iki ölkə əlaqələrinin uzun keçmişinə toxunaraq münasibətlərin daha da genişləndirlməsini vurğulayıb. 

Teqlər