Ruhani: İran xalqı inqilab və rəhbərə sadiqdir
https://azeri.sahartv.ir/news/İran-i355084-ruhani_İran_xalqı_inqilab_və_rəhbərə_sadiqdir
İran İslam Respublikasının prezidenti deyib: İran xalqı inqilab, rəhbər və İslam Respublikası quruluşuna sadiqdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2019 10:44 Asia/Baku
  • Ruhani: İran xalqı inqilab və rəhbərə sadiqdir
    Ruhani: İran xalqı inqilab və rəhbərə sadiqdir

İran İslam Respublikasının prezidenti deyib: İran xalqı inqilab, rəhbər və İslam Respublikası quruluşuna sadiqdir.

İİR prezidenti Həsən Ruhani bu gün Qolşəhr-Həştgerd elektrik sərnişin qatarının istifadəyə verilməsi mərasimində etdiyi çıxışında xalqın islam, İran və inqilab üçün fədakarlıqlarına toxunub və deyib: Son günlərdə Təhlükəsizlik, sakitlik və inqilab, rəhbər və islam respublikası quruluşuna dəstək üçün milyonluq toplum küçələrə axışdı və bu xalqın sədaqəti deməkdir.  

Ruhani deyib: Milyonlarla insanın küçələrdə yuruş keçirərək öz dövlətinə dəstək verməsi təbii ki düşmənləri əsəbiləşdirir. 

İİR prezidenti deyib: Əlbəttə xalq düzgün yolu seçib və dövlət xalqın səsinin məhsuludur, bu arada önəmli olan, gələcəyə ümiddir və hər kəs bunu əngəlləyərsə heç şübhəsiz ki, xalq və inqilaba ziyan vurmuş olur.