Yan 05, 2020 09:45 Asia/Baku
  • Zərif Lavrov və Məmmədyarov ilə məşvərət edib
    Zərif Lavrov və Məmmədyarov ilə məşvərət edib

İran, Azərbaycan Respublikası və Rusiyanın xarici işlər nazirləri telefon söhbətlərində ən vacib regional və beynəlxalq məsələləri nəzərdən keçiriblər.

İran və Azərbaycan Respublikasının xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Elmar Məmmədyarov bir telefon danışığında ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər barədə məşvərət ediblər.

İran və Rusiyanın xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Sergey Lavrov da bir telefon söhbətində general-leytenant pasdar Qasem Soleymaninin terrorundan sonra son regional və beynəlxalq olayları araşdırıblar.

Rusiyanın xarici işlər naziri bu telefon söhbətində general Soleymaninin şəhadəti ilə bağlı İranın dövləti və xalqının kədəri ilə bölüşüb.

Bundan öncə də İranın xarici işlər naziri Çin, Tacikistan və Türkiyənin xarici işlər nazirləri, eləcə də Əfqanıstan hökumətinin icra başçısı ilə telefon söhbətlərində onlarla son region hadisələrini nəzərdən keçirmişdi.

 

Teqlər