Yan 12, 2020 21:29 Asia/Baku
  • Ruhani: İran Qətərin kənarında qalacaq
    Ruhani: İran Qətərin kənarında qalacaq

İran İslam Respublikası prezidenti bildirib: Bəzi region ölkələri Qətərə qarşı məhdudiyyətlər tətbiq etdilər amma İran öz qonşuluq vəzifələrinə görə Qətərin kənarındadır və kənarında qalacaq.

Həsən Ruhani bu gün Tehranda rəsmi səfərdə olan Qətərin əmiri şeyx Təmim Bin Həmd Ali-Sani ilə müştərək mətbua konfransında deyib: Hal hazırda iki ölkə arasında siyasi əlaqələr yaxşıdır və iki tərəf iqtisadi, ticarət və elmi əlaqələrin genişləndirilməsi üçün böyük potensiallara malikdirlər. 

Şeyx təmim Bin Həmd Ali-Sani də bu mətbuat konfransında İİR-in Qətər barədəki mövqeyinə öz təşəkkürünü bildirib. 

Qətərin əmiri deyib: Bu gün bütün problemlərin həlli danışıqla mümkündür. 

Şeyx Təmim Bin Həmd Ali Sani bu gün Tehrana daxil olub və Sədabad tarixi mədəniyyət kompleksində İİR prezidenti Həsən Ruhani tərəfindən rəsmi qarşılanıb. 

Teqlər