İran ABŞ-ın terror hərəkətinin beynəlxalq təşkilatlarda izlənilməsini vurğulayıb
https://azeri.sahartv.ir/news/İran-i356014-İran_abŞ_ın_terror_hərəkətinin_beynəlxalq_təşkilatlarda_izlənilməsini_vurğulayıb
İranın məhkəmə hakimiyyətinin sözçüsü Amerikanın general-leytenant Soleymanini terror etmək üzrə hərəkətinə işarə edərək, deyib: Amerika prezidentinin özü rəsmən bu terror hərəkətini etiraf etdi və bu cinayət mütləq İran tərəfindən beynəlxalq təşkilatlarda izlənəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2020 16:18 Asia/Baku
  • İran ABŞ-ın terror hərəkətinin beynəlxalq təşkilatlarda izlənilməsini vurğulayıb

İranın məhkəmə hakimiyyətinin sözçüsü Amerikanın general-leytenant Soleymanini terror etmək üzrə hərəkətinə işarə edərək, deyib: Amerika prezidentinin özü rəsmən bu terror hərəkətini etiraf etdi və bu cinayət mütləq İran tərəfindən beynəlxalq təşkilatlarda izlənəcək.

Qolamhoseyn Esmaili bu gün bir mətbuat konfransında bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani Qərbi Asiyada terrorizmlə mübarizənin beynəlxalq qəhrəmanı idi. O, deyib: İranın məhkəmə hakimiyyəti ABŞ-ın terror hərəkətini ölkə daxilindəki cinayət məhkəmələrində izləməkdən əlavə, Amerikanın hökuməti, ordusu və prezidentinə qarşı İraqda və beynəlxalq cinayət məhkəməsində də cinayət işi qaldıracaq və məhkəmə işi təşkil etdirəcəkdir.

İranın məhkəmə hakimiyyətinin sözçüsü həmçinin İngiltərə səfirinin Tehrandakı qanunsuz aksiyada iştirak etməsinə toxunaraq, deyib: İranın məhkəmə hakimiyyəti heç bir vəchlə xalqın və cəmiyyətin təhlükəsizliyindən vaz keçməyəcək və İranın təhlükəsizliyinə qarşı hər bir formada hərəkət edəcək kəslərlə qanun çərçivəsində rəftar edəcəkdir.