Yan 21, 2020 14:07 Asia/Baku
  • İran daxili gücü və qüdrətinə əsasən hər cür təhdidə cavab verəcək
    İran daxili gücü və qüdrətinə əsasən hər cür təhdidə cavab verəcək

İranın müdafiə naziri deyib: İran İslam Respublikası daxili gücü və qüdrətinə əsasən hər bir səvviyyədə olacaq hər cür təhdidə cavab verəcəkdir.

Briqada generalı Əmir Hatəmi dünən Tehranda İslam İnqilabının Böyük Rəhbərinin Tehranın cümə namazı xütbələrində "güclü qalmaq və güclü olmaq" barədəki sözlərinə işarə edərək, əlavə edib: Müdafiə gücü qüdrətin təməli və bütün sahələrdə əminlikgətirən bir müdafiədir və əslində islami quruluşda gücün digər elementlərinin inkişafını formalaşdırır.

General Hatəmi Amerikanın böyük İran xalqına qarşı düşmənçiliyi tarixinə toxunaraq, hegemonçululq sisteminin regionda terror qruplarını yaradıb, yerləşdirməkdə məqsədini, İslamı və ona əsasən, İran İslam Respublikasını məhv etmək adlandırıb və belə qeyd edib: Müqavimət mehvəri döyüşçülərinin canfəşanlıqları və fədakarlıqlarının hesabına, onların fitnəsi uğursuz qaldı.

Teqlər