"General Süleymaninin şəhid edilməsi ABŞ-ın regiondakı mövcudluğuna son qoyacaq"
Yan 25, 2020 19:47 Asia/Baku
İranın XİN başçısının siyası işlər üzrə müavini deyib: "ABŞ-ın terrorçu hökumətinin İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı, ordu generalı şəhid Qasim Süleymanini terror etməsi Yaxın Şərqdə bu rejimin varlığına son qoyacaqdır".
Seyid Abbas İraqçi yanvarın 25-də öz tvitter səhifəsində yazıb: "ABŞ-ın İrana qarşı maksimum təzyiqi aydın bir fiaskodur, lakin Ağ Evin radikalları İran haqqında heç bir şey bilmirlər və öz səhvlərində israrlı qalırlar".
Onun sözlərinə görə, ABŞ Dövlət Departamentindəki təcrübəsiz insanların gözləri o qədər tutulubdur ki, ABŞ-ın Yaxın Şərqdəki varlığının əleyhinə xalqların kütləvi aksiyalarını görə bilmirlər.