Fev 02, 2020 13:53 Asia/Baku
  • Aİ Xarici Siyasət məsələləri üzrə ali nümayəndəsi İrana səfər edir
    Aİ Xarici Siyasət məsələləri üzrə ali nümayəndəsi İrana səfər edir

İran XİN mətbuat katibi Avropa İttifaqının Xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozef Borrelen bu vəzifəyə təyin ediləndən sonra ilk dəfə olaraq, sabah fevralın 3-də İrana səfər edəcəyini bildirib.

İran XİN sözçüsü Seyid Abbas Musəvi bildirib ki, Avropa İttiaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel Tehranda İran İslam Respublikasının xarici işlər naziri və digər yüksək vəzifəli rəsmiləri ilə görüşüb fikir mübadiləsi aparacaq. Bu məlumatı İran XİN-nin İnformasiya və Mətbuat Katibliyi yayıb.

2004-2007-ci illərdə Avropa Parlamentinin sədri və İspaniyanın xarici işlər naziri olmuş Cozef Borrel İspaniya əsilli baş diplomatdır və keçən yay Avropanın xarici siyasət məsələləri üzrə sabiq nümayəndəsi Federika Moqerinini əvəz edib və 2019-cu il noyabr ayının əvvəlindən rəsmən bu vəzifəyə başlayıb.

Teqlər