Ruhani: İran İslam Respublikası zillət və təslim siyasəti ilə razılaşmayacaq
İran İslam Respublikası prezidenti təcavüzkarlar qarşısında müqavimətdən başqa bir yolun olmadığını bildirərək deyib: İran qarşıdurma və çaxnaşma siyasətini qəbul etmir ancaq zillət və təslim siyasəti ilə də razılaşmır.
İİR prezidenti Həsən Ruhani bu gün İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin(r.ə) pak hərəmində etdiyi çıxışında düşmənlərin İran xalqına qarşı misli görünməmiş sanksiyalarına toxunaraq deyib: İran xalqı islami quruluşun doğru-düzgün yolda olduğunu və zülm və təcavüzün düşmənlər tərəfindən olduğunu bilir.
Ruhani deyib: Düşmən sadəcə bizim xalqa deyil bütün müsəlmanlara xüsusiylə də Fələstin xalqına zülm edir.
İİR prezidenti həmçinin "Əsrin sövdələşməsi"-nin Amerika üçün tarixdə böyük rüsvayçılıq olduğunu bildirərək deyib: Bütün müsəlmanlar və dünyanın azadlıqsevərləri bu rüsvayçı planın əleyhinədirlər.
İran prezidenti və nazirlər kabinetinin üzvləri bu gün islam inqilabının qələbəsinin 41-ci ildönümü ərəfəsində İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin(ə) pak hərəmini ziyarət edərək o həzrətin və şəhidlərin amallarına sədaqətlərini təkrar nümayiş etdiriblr.