Fev 05, 2020 13:38 Asia/Baku
  • İran və Əlcəzair “əsrin sövdələşməsi”nə qarşı qətiyyətli mövqeyə təkid ediblər
    İran və Əlcəzair “əsrin sövdələşməsi”nə qarşı qətiyyətli mövqeyə təkid ediblər

İran və Əlcəzairin xarici işlər nazirləri İslam Dünyasının amerikan-sionist “əsrin sövdələşməsi” fitnəsinə qarşı həmrəyliyinin və qətiyyətli mövqeyin tutulması vacibliyini vurğulayıblar.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif  və Əlcəzairin xarici işlər naziri Sabri Bukadum dünən gecə bir telefon söhbətində İslam Dünyasının son dəyişikliklərini nəzərdən keçirərək, biabırçı “əsrin sövdələşməsi” planını rəddolunan və zalım bir plan adlandırıblar.

İran və Əlcəzairin xarici işlər nazirləri həmçinin Fələstin xalqının hüquqlarının himayə olunması vacibliyini vurğulayıblar.

Zərif dünən gecə həmçinin Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas ilə telefon söhbətində İranın Qüds paytaxt olmaqla Fələstin hökumətinin təşkili və öz taleyini təyin etmək sahəsində Fələstin xalqının hüquqlarını himayə etdiyini vurğulayıb.

 

 

Teqlər

Şərhlər