Fev 10, 2020 20:24 Asia/Baku
  • ABŞ-ın zalımcasına sanksiyası İran xalqına qarşı terror hərəkətidir
    ABŞ-ın zalımcasına sanksiyası İran xalqına qarşı terror hərəkətidir

İran İslam Respublikasının prezidenti Tehrandakı xarici təşkilat və nümayəndəliklərin başçıları və səfirlər ilə görüşdə Vaşinqtonun Tehrana qarşı sanksiyalarını İran xalqına qarşı qeyri-insani və cinayətkarcasına sanksiyalar və terror hərəkəti adlandırıb.

Həsən Ruhani bu gün İslam İnqilabının 41-ci ildönümü münasibətilə Tehranda keçirilən bu görüşdə deyib: İranın tarixi, mədəniyyəti və sivilizasiyası ilə tanış olan kəslər bilirlər ki, İran xalqı quldurluq, zorakılıq, haqsız və yanlış sözlər qarşısında heç vaxt təslim olmayacaq.

Ötən iki ildə Amerikanın İrana qarşı sanksiya və təzyiqlərinin artmasına toxunan Ruhani Tehrandakı xarici təşkilat və nümayəndəliklərin başçılarına və səfirlərə xitabən belə qeyd edib: Ötən səkkiz aydakı bütün iqtisadi göstəricilər, o sıradan İranda inflyasiya və investisiya miqdarı, məşğulluq və iqtisadi inkişaf göstəricisi, Amerikanın İrana qarşı fitnələrinin məğlub olmasının bəyanedicisidir.

İran İslam Respublikasının prezidenti həmçinin vurğulayıb ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds Qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymani regionda sabitlik və asayiş ardınca idi. O, belə qeyd edib: Ağ Ev-in regionda gördüyü işlər region xalqlarının maraqlarının və regionun sabitliyi əleyhinə, həmçinin Vaşinqtonun və Amerika xalqının maraqlarına ziddir.

 

 

Teqlər