Fev 19, 2020 18:55 Asia/Baku
  • İran parlamentinə daxil olmaq üçün 7000-dən çox namizəd arasında rəqabət gedir
    İran parlamentinə daxil olmaq üçün 7000-dən çox namizəd arasında rəqabət gedir

İran İslam Respublikası Daxili İşlər Nazirliyinin Seçki Qərargahının rəhbəri İranda İslami Şura Məclisinə növbəti seçkilərdə 7 min 157 namizədin rəqabət apardığını bildirərək deyib: Ölkə səviyyəsində 54 mindən çox seçki dairəsi yaradılıb.

İran İslam Respublikası Daxili İşlər Nazirliyinin Seçki Qərargahının rəhbəri Cəmal Orf ötən parlament seçkilərində seçici fəallığının 60 faiz olduğunu bildirərək deyib: İslami Şura Məclisinə seçkilərin 11-ci dövründə səs vermək hüququna malik olanların sayı 57 milyon 918 nəfərdən ibarətdir və bu rəqəmdən 2 milyon 931 min nəfəri ilk dəfə səs verəcək. 

İranda seçki məcəlləsinə görə, səs vermək yaşı 18-dir və 18 yaşından yuxarı olan insanlar şəxsiyyət vəsiqəsi və milli koda malik olarlarsa səs verə bilərlər. 

İranın DİN Seçki Qərargahının rəhbəri qanuna görə namizədlərin təşviqat kampaniyası üçün 8 günlük fürsətə malik olduğunu bildirərək deyib: Bu fürsət səsvermə gününə 24 saat qalmış başqa sözlə sabah səhər saat 8:00-da sona çatır. 

Orf seçki öncəsi təşviqat kampaniyasının xərclərindəki şəffaflıq barədə deyib: Hər namizədin bankda mötəbər bir hesabı var və seçkilər keçirildikdən sonra təşviqat kampaniyasının maliyyələşdirilməsi və xərcləri barədə cavabdeh olmalıdır. 

İranın seçki qərargahının rəhbəri həmçinin İran parlamenti seçkilərinin nəticələri barədə isə deyib: Bütün seçki dairələrinin nəticələri bazar gününədək qətiləşəcək. 

İslami Şura Məclisinə seçkilərin 11-ci dövrü İran üzrə 208 seçki məntəqəsində 290 kürsü uğrunda fevralın 21-də saat 8:00-da başlanacaq. 

İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei də dünən şərqi Azərbaycan əhalisindən ibarət minlərlə adam ilə görüşündə seçkilərin Amerika və sionist rejimin bir çox nəhs niyyətlərinin zərərsizləşdirilməsi və onların hiylələrinə mane olmasının amili olduğunu bildirərək deyiblər: Düşmənlərin məyus edilməsinin yeganə yolu İranın güclənməsidir və güclü İranın göstəricilərindən biri də güclü parlamentdir. 

İRANDA PARLAMENT SEÇKİLƏRİNDƏ 7000 NAMİZƏD RƏQABƏT APARIR

Teqlər