Üç hakimiyyət qüvvəsinin başçıları seçkilərdə iştirak ediblər
-
Üç hakimiyyət qüvvəsinin başçıları seçkilərdə iştirak ediblər
İranın icra, məhkəmə və qanunvericilik hakimiyyətlərinin başçıları İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri və Rəhbərlik Xobreqanı Məclisinə 5-ci çağırış birinci ara seçkilərinin başlanmasının ilk saatlarında öz bülletenlərini səs qutularına salıblar.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Tehranda öz səs bülletenini Daxili İşlər Nazirliyinin səyyar qutusuna saldıqdan sonra deyib: İran xalqı bu gün yeni iftixar yaradaraq, düşmənləri keçmişdəkindən daha çox məyus edəcək.
Ruhani əlavə edib: İlk məclis seçkilərindən 40 il ötür və müharibə şəraiti və çətinliklərə rəğmən, seçkilər öz zamanında, vaxtında keçirilibdir.
İranın məhkəmə hakimiyyətinin sədri Seyyed Ebrahim Rəisi də məclis seçkiləri və Xobreqan Məclisinə ara seçkilərində səs verdikdən sonra deyib ki, seçkilər düşmənlərin fitnələrini zərərsizləşdirir.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani də deyib: Amerikalı rəsmilər və onların tabeliyində olan medialar İrana zərbə vurmaq üçün çox səy göstəriblər, amma xalqın səsvermənin ilkin saatlarındakı geniş iştirakı düşmənlərə möhkəm cavab verdi.