Fev 23, 2020 18:21 Asia/Baku
  • İran xalqının İran İslam Şurası Məclisinə seçkilərdəki iştirakı 42,57% olub
    İran xalqının İran İslam Şurası Məclisinə seçkilərdəki iştirakı 42,57% olub

İranın daxili işlər naziri İran xalqının İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkilərindəki iştirak miqdarını 42,57% elan edib.

Əbdorreza Rəhmani Fəzli bu gün müxbirlər qarşısında İran xalqının İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkilərindəki iştirak miqdarını 24 milyon 512 min 404 nəfər elan edib.

Rəhmani Fəzli deyib ki, bu rəqəmin 48 faizini qadınlar, 52 faizini isə kişilər təşkil ediblər.

Həmçinin İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkilərinin yeddi yeni seçki dairəsində elan olunması ilə 206 seçki dairəsində seçkilərin müqəddəratı məlum olub. Bu miqdardan 7 dairənin seçkiləri 2-ci tura çəkibdir.

İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri fevralın 21-də ölkə boyu 208 seçki dairəsində, Rəhbərlik Xobreqanı Məclisinə 5-ci çağırış birinci ara seçkiləri isə Tehran, Qom, Fars, Xorasane Şomali və Xorasane Rəzəvi vilayətləri üzrə beş seçki dairəsində keçirilibdir.

 

 

Teqlər