İran-Türkiyə sərhədindəki zəlzələdə 9 Türkiyə vətəndaşı həyatını itirib
-
İran-Türkiyə sərhədindəki zəlzələdə 9 Türkiyə vətəndaşı həyatını itirib
Bu gün İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur bölgəsindəki zəlzələ nəticəsində Türkiyənin Van vilayətində azı 9 nəfər həlak olub.
Zəlzələ Rixter şkalası ilə 5,7 bal gücündə olub.
Bu zəlzələdəki tələfatı elan edən Türkiyənin daxili işlə naziri Süleyman Soylu həmçinin deyibdir ki, həmin hadisədə 37 nəfər də yaralanıbdır.
Məlumatlara görə, bu 37 nəfərdən 9 nəfərin vəziyyəti ağır elan olunubdur.
Türkiyə daxili işlə nazirinin sözlərinə görə, ehtimal üzrə Van vilayətində bu ölkə vətəndaşlarından bir qrupu uçqunlar altında qalıb. Bu barədə mükəmməl məlumatlar sonradan elan olunacaq.
Rixter şkalası ilə 5,7 bal gücündə olan yeralı təkan Tehran vaxtı ilə bu gün səhər saat 9-33 dəqiqədə İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur şəhərinin ətrafını titrədib. Zəlzələ yerin 6 kilometr dərinliyində baş verib.
İranın Təcili Yardım Təşkilatı sözçüsünün sözlərinə görə, bu gün Qotur-da baş vermiş zəlzələ hadisəsində tələfat olmayıb, amma 85 nəfər yaralanıbdır.