İnqilab Rəhbərinin mənəvi tövsiyələri
Yaranmış şəraitə görə, Mərkəzi Etekaf Qərargahının sədri bir məktub göndərərək, İslam İnqilabının Böyük Rəhbərindən istəyibdir ki, mənəvi etekaf mərasimində iştirak etmək niyyətində olub, hazırda bu feyzdən məhrum olan kəslərə bir tövsiyə versinlər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu ilin etekaf mərasiminin tətil olması ilə bağlı bu mənəvi mərasimin bütün vurğunlarına belə tövsiyə ediblər: Fəzilətli etekaf əməlindən məhrum olan kəslər yaxşı olardı ki, bu üç günün hər birində Həzrət Cəfər Təyyar(ə) namazını qılsınlar.
Həzrət Ayətullahuluzma Xamenei həmişə rəcəb ayının 13-dən 15-dək olan Əlbeyz günlərində mənəvi etekaf mərasiminin keçirilməsinə işarə edərək, onu ürəyi saflaşdırmaq, tövbə etmək və özünü qurmaq üçün dəyərli bir fürsət adlandırıblar.
Etekaf mustəhəb ibadətlərdəndir ki, onda şəxs konkret bir müddət üçün məsciddə qalır və ibadət edir.
Bu il koronavirus epidemiyasına, həmçinin bu xəstəliyə yoluxmanın qarşısını almaq məqsədilə bir yerə toplaşmaqdan çəkinmək istiqamətində məsul məcmuələrin tövsiyələri və göstərişlərinə görə, qərara alınıb ki, mənəvi etekaf mərasimi bütün ölkə boyu keçirilməsin.
İNQİLAB RƏHBƏRİNİN MƏNƏVİ TÖVSİYƏLƏRİ