Mart 08, 2020 19:13 Asia/Baku
  • İranda COVID-19-dan 2100 nəfərdən çox insan sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 2134 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün müxbirlər qarşısında ölkədə 6566 nəfərin koronavirusa yoluxduğunu bildirərək deyib ki, təəssüflə, indiyədək 194 nəfər bu virusa yoluxma nəticəsində həyatını itiribdir.

Koronavirus epidemiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərindən başlanıb.

Bu virus hazırda Çindən əlavə, 103 ölkəyə də sirayət edibdir.

Son məlumatlara görə, indiyədək dünyada 106 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan 60 min nəfərdən çox insan sağalıb, təqribən 3600 nəfər isə vəfat edibdir.

 

İRANDA COVID-19-DAN 2100-DƏN ÇOX İNSAN SAĞALIB

Teqlər