İngiltərənin İran üçün kurs təyin etmək haqqı yoxdur
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, İngiltərə xarici işlər nazirinin İran üçün kurs təyin etmək haqqı yoxdur. O bildirib ki, üçüncü ölkələrin müdaxiləsi dünyanın müxtəlif nöqtələrində səbatsızlığa və hərc-mərcliyə səbəb olur.
İngiltərənin xarici işlər naziri Dominik Raab son zamanlar bu ölkə ilə ABŞ-ın Qərbi Asiyadanın səbatsızlaşdırılmasındakı rollarına göz yumaraq, İranı səbatsızlaşdırıcı fəaliyyətlərdə ittiham edib. İddia edib ki, London İrana nüvə silahı əldə etmək icazəsi verməyəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi bu gün Raabın sözlərinin münasib və kostruktiv olmadığını bəyan edib. Bildirib ki, Tehran daima bu təkrar və əbəs iddiaları rədd edibdir.
Mousəvi sonra deyib: İran İslam Respublikası özünün siyasi, təhlükəsizlik, əxlaqi və dini prinsiplərinə əsasən, heç vaxt nüvə silahı ardınca olmayıb və dəfələrlə bu məsələni bildiribdir.
İngiltərənin Yəmən xalqının qırğın edilməsi üçün təcavüzkar səud koalisiyasının silahla təmin edilməsindəki təxribatçı rolunu xatırladan Mousəvi vurğulayıb: Bəzi ölkələr minlərlə kilometr uzaqda yerləşsələr də Qərbi Asiya ölkələrinin daxili məsələlərinə qarışırlar.
LONDONUN TEHRANA KURS TƏYİN ETMƏK HAQQI YOXDUR