Mart 14, 2020 13:58 Asia/Baku
  • ABŞ-ın maraqlarının qoruyucusu İİR XİN-ə çağırılıb

İsveçrənin Tehrandakı səfiri Amerikanın maraqlarının qoruyucusu kimi İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb, ABŞ prezidentinin İraqda beynəlxalq koalisiya adlandırılan qüvvələrin Əltaci bazasına qarşı hücumda İranın məsuliyyət daşıdığını bildirməsi olubdur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi bu gün Amerikanın maraqlarının qoruyucusu kimi İsveçrənin Tehrandakı səfirinə İranın etirazının bildirilməsinə işarə edib və belə deyib: Bu görüşdə İsveçrə səfirinə deyildi ki, Amerika prezidenti başqalarını günahlandırmaq yerinə, bu ölkənin İraqdakı qanunsuz iştirakı və İraq xalqının Amerikaya qarşı nifrətinin əsas amili olan həmin ölkə komandirləri və əsgərlərinin öldürülmələri ilə bağlı yanlış siyasətlərini bir reallıq kimi qəbul etsin.

Mousəvi vurğulayıb ki, İsveçrə səfirinə Amerika tərəfindən hər cür düşünülməmiş hərəkət və onun nəticələri haqda xəbərdarlıq edilib. O, sonra deyib: Bu görüşdə həmçinin Amerikanın maraqlarının qoruyucusuna vurğulandı ki, Amerikanın İraqdakı yanlış siyasətləri hazırkı gərginliklərin amilidir və Amerika rəsmiləri, xüsusən bu ölkənin prezidenti əsassız və təhlükəli ifadələrlə bu məsuliyyətin altından qaça bilməzlər.

Amerika prezidenti Donald Tramp ötən cümə axşamı günü əsassız bir ifadədə koalisiya qüvvələrin İraqdakı Əltaci bazasına qarşı hücumda İranın məsuliyyət daşıdığını bildirdi.

Belə bir halda, indiyədək heç bir qrup bu hücumun məsuliyyətini üzərinə götürməyib. Bəziləri də Həşduşşəbi-nin qərargahlarına qarşı hücumu təkrarlamaq və müqavimət mehvəri komandirlərini terror etmək üçün Amerikanın simulyasiyasının təkrar edilməsi ehtimalından xəbər verirlər.

Bu arada, Amerika dünən səhər tezdən İraqın dörd bölgəsində Həşduşşəbi-nin bazalarına hücum edərək, İraqın polisi və müdafiə nazirliyi qüvvələrindən onlarla nəfərn ölməsi və yaralanmasına bais oldu.

 

İSVEÇRƏ SƏFİRİ İİR XİN-Ə ÇAĞIRTDIRILIB

 

Teqlər