Koronavirusla mübarizə ahəngdar regional və beynəlxalq addımlar tələb edir
İran prezidenti koronavirus pandemiyası ilə mübarizə üçün ümumi iştirak vacibliyinə toxunub. O, ABŞ-ın xalqlara qarşı zalımcasına sanksiyalarının götürülməsi və qonşular arasında müştərək səhiyyə protokollarının işlənib hazırlanmasını vurğulayıb.
Həsən Ruhani bir neçə ölkənin başçılarına məktublar göndərib. O, koronavirus pandemiyasına işarə edərək, belə qeyd edib: İran bu şəraitdə Amerika hökumətinin sistematik sabotajları, maksimum təzyiq siyasətləri, geniş qanunsuz sanksiyalarından irəli gələn ciddi maneə və məhdudiyyətlərlə üzləşir.
Bu böhranın idarə olunmasının təklikdə heç bir ölkə tərəfindən müyəssər olmayacağını dilə gətirən Ruhani belə qeyd edib: Amerikanın İrana qarşı sanksiyaları və bir çox xarici vətəndaş və şirkətin bu sanksiyaları yerinə yetirmələri nəinki BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd və qanunsuzdur, həm də etikadan və insanlıqdan uzaqdır.
İran prezidenti vurğulayıb ki, koronavirusun məğlubiyyətə uğradılması beynəlxalq bir vəzifədir. O, bu məktubun ünvanlandığı ölkələrin başçılarına üzünü tutaraq, əlavə edib: Tədbirlər görülməlidir ki, bütün ölkələrin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində Amerikanın İran xalqına qarşı qanunsuz sanksiyaları təsirdən düşsün və ABŞ-ın iqtisadi terrorizmi ilə mübarizə edilmiş olsun.
Ruhani bildirib ki, böhranın idarə edilməsində maliyyə mənbələrinin məhdudiyyəti, səhiyyə sisteminin zəiflədilməsi və iqtisadi strukturun zəifləməsinə səbəb olacaq hər bir siyasət digər ölkələrdə də bu pandemiya ilə mübarizəyə birbaşa təsirlər göstərəcəkdir. O, vurğulayıb: Dünya ictimaiyyətinin Amerikanın qanunsuz və insanlığa qarşı yönəlmiş quldurluqları qarşısında dayanmasının, həmçinin Amerikanın İran əleyhinə zalımcasına sanksiyalarının bu təhlükəli virusla mübarizəni təsir altına almasına icazə verməməsinin vaxtı gəlib çatıbdır.
KORONAVİRUSLA BEYNƏLXALQ MÜBARİZƏYƏ TƏKİD