Mart 16, 2020 17:50 Asia/Baku
  • İranda koronavirusla mübarizə prosesinin rəqəmləri ümidvericidir
    İranda koronavirusla mübarizə prosesinin rəqəmləri ümidvericidir

İran İslam Respublikasının prezidenti koronavirusla mübarizə sahəsində göstərdikləri ardıcıl səylərə görə ölkənin tibb kadrlarına təşəkkür edib. Bildirib ki, İranda koronavirusla mübarizə prosesinin rəqəmləri ümidvericidir.

Həsən Ruhani bu gün video-konfrans vasitəsilə koronavirusun idarə olunması üzrə milli qərargahın iclasında sonra deyib ki, təqdim olunan statistikaya görə, İran koronavirus xəstəliyinin pik mərhələsindən keçibdir.

Ruhani həmçinin İran Silahlı Qüvvələrinin səhiyyə və müalicə qərargahının fəallaşması barədəki fərmana görə, İslam İnqilabının Böyük Rəhbərinə təşəkkür ediblər. Bildirib ki, bu fərman ölkəyə və İran xalqına böyük köməkdir.

Ruhani vurğulayıb: İranın xalqı və rəsmiləri həmkarlıq və koordinasiya ilə koronavirusu məğlub edəcəklər. 

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda COVID-19-a 13938 nəfər yoluxub. Onların təqribən 4790 nəfəri sağalıb və xəstəxanalardan buraxılıbdır.

 

İRANDA COVID-19-LA BAĞLI RƏQƏMLƏR ÜMİDVERİCİDİR

Teqlər