Mart 25, 2020 14:29 Asia/Baku
  • Tehranda ordunun 2 min çarpayılı sağlamlaşdırma mərkəzi açılıb
    Tehranda ordunun 2 min çarpayılı sağlamlaşdırma mərkəzi açılıb

İran İslam Respublikası ordusunun koordinator müavini kontr-admiral Səyyari deyib ki, ordu hər cür təhdidlə mübarizəyə hazırdır.

Kontr-admiral Həbibullah Səyyari bu gün Tehranda ordunun 2 min çarpayılı sağlamlaşdırma mərkəzinin açılışı mərasimində deyib ki, bu sağlamlaşdırma mərkəzi 48 saat ərzində inşa olunub. Bu da xəstələrin müalicə müddətinin azalması üçün ölkənin səhiyyə və müalicə sisteminə kömək və ordunun bacarığını göstərir.

Kontr-admiral Səyyari sonra söyləyib: İran İslam Respublikası ordusunun səhiyyə və müalicə sistemi koronavirus pandemiyası ilə bir zamanda ölkədəki vəziyyəti izlədi və Silahlı Qüvvələrin Baş Qərargahında və orduda virusla mübarizə üçün bio-müdafiə qərargahı yaratdı.

TEHRANDA ORDUNUN SAĞLAMLAŞDIRMA MƏRKƏZİ AÇILIB

 

Teqlər