Bəzi ölkələr koronavirusla mübarizə təchizatlarının İrana göndərilməsini əngəlləyiblər
Apr 07, 2020 15:34 Asia/Baku
İranın birinci vitse-prezidenti deyib ki, Bəzi ölkələr koronavirusla mübarizə təchizatlarının İrana göndərilməsini əngəlləyiblər.
Eshaq Cəhangiri bu gün Tehranın cənubunda maska istehsalı xəttinə baş çəkdikdən sonra sonra belə deyib: İran İslam Respublikasının sifariş verdiyi əmtəə malları müxtəlif bölgələrdən İrana doğru yüklənməyə hazır olarkən bəzi ölkələr sanksiya bəhanəsilə bu yüklərin İrana göndərilməsinə mane olublar.
İran İslam Respublikasının birinci vitse-prezidenti vurğulayıb: Bu gün İranda koronavirus xəstələri ilə bağlı bütün ehtiyaclar əldə edilərək, istehsal olunur və yaxın gələcəkdə səhiyyə vəsaitlərinin istehsalı sahəsində heç bir çatışmazlıq mövcud olmayacaqdır.
TİBBİ TƏCHİZATLARIN İRANA GÖNDƏRİLMƏSİNƏ MANEÇİLİK