Apr 16, 2020 16:36 Asia/Baku
  • İran xalqı quruculuq yolundakı səydən bir an belə dayanmayacaq
    İran xalqı quruculuq yolundakı səydən bir an belə dayanmayacaq

İran İslam Respublikasının prezidenti deyib: Dövlət, həmçinin özəl və dövlət şirkətləri, orqanlar və ölkənin bütün sektorları sanksiya və koronavirus kimi iki virusla eyni zamanda savaşa rəğmən, İranın abadlığı yolundakı fəaliyyətdən bir an belə dayanmayacaqlar.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehran vilayətində bir neçə iri və mühüm su və elektrik layihəsinin açılışından sonra belə qeyd edib: Bu layihələrin açılışı, həmçinin qarşıdakı bir il ərzində sırf olaraq Energetika Nazirliyi sahəsində digər layihələrin açılışı belə bir mesaja malikdir ki, hamı İslami İranın quruculuğu üçün səy və fəaliyyət göstərməkdədir.

Ruhani ümidvarlıq edib ki, İran dövləti koronavirusla mübarizə və sağlamlıq məsələsinə riayət etməklə yanaşı, həmkarlıq, ahəngdarlıq və birliklə ölkədə quruculuq və istehsal yolunu, həmçinin xalqa xidməti davam etdirəcəkdir.

İran İslam Respublikasının prezidenti bu gün birbaşa televiziya bağlantısında Pərənd kombinə edilmiş dövriyyə elektrik stansiyasının buxar bölməsini, İslamşəhr kanalizasiya təmizləyici qurğusunun ikinci blokunu, Məlard kanalizasiya təmizləyici qurğusunun birinci blokunu və Səfadəştdə “Mehr” mənzil proqramının kanalizasiya təmizləyici qurğusunu istifadəyə veribdir.

İRAN XALQI QURUCULUQ YOLUNU DAVAM ETDİRİR

Teqlər