Apr 19, 2020 08:35 Asia/Baku
  • Koronavirusun diaqnozu üzrə sınaq şüşəsinin alınması ləğv edildi
    Koronavirusun diaqnozu üzrə sınaq şüşəsinin alınması ləğv edildi

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri bildirib ki, koronavirusun diaqnozu üzrə sınaq şüşəsinin satın alınmasının SWIFT-i, sanksiya bəhanəsinə görə, Cənubi Koreya bankı tərəfindən ləğv edilib.

Kiyanuş Cəhanpour deyib: Koronavirusun diaqnozu üzrə sınaq şüşəsinin satın alınmasının SWIFT-i-nin Koreya bankı tərəfindən ləğv edilməsi göstərir ki, amerikalı rəsmilərin İrana qarşı sanksiyaların dərman və tibb ləvazimatlarına şamil olmamasına dair iddiaları yalandır.

Cəhanpour deyib: Cənubi Koreya Bankı rəsmi şəkildə yazıbdır ki, bu alqı sanksiya qanunlarına görə, mümkün deyildir.

Son həftələr dünyada və İranda koronavirusun yayılmasından sonra müxtəlif ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Pakistan və Çinin rəsmilərindən bir çoxu ABŞ-ın İrana qarşı birtərəfli və qanunsuz sanksiyalarının ləğv edilməsini istəyiblər.

Vaşinqtonun əsas və hətta dərman və tibb ləvazimatlarına şamil olan birtərəfli və zalımcasına sanksiyaları İran xalqı, xüsusən də koronavirus xəstələri üçün bir çox problemə səbəb olubdur.

Bununla belə, ABŞ prezidenti Donald Tramp cümə günü İrana qarşı sanksiyaların ləğv edilməsinə qarşı olduğunu vurğuladı.

 

 

 

Teqlər