Apr 22, 2020 18:34 Asia/Baku
  • İran və Türkiyə arasında ticarət mübadilələri davam etməlidir

İran İslam Respublikası prezidenti Tehran ilə Ankara arasında qarşılıqlı, regional və beynəlxalq sahələrdə əməkdaşlıqlar və münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və deyib: İran ilə Türkiyə arasında ticarət mübadilələri səhiyyə protokollarına tam riayət edilərək davam etdirilməlidir.

İİR prezidenti Həsən Ruhani bu gün Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə telefon söhbətində koronavirusun yayılması nəticəsində dövlətlər və xalqların bir çox problem və çətinliklərlə qarşı-qarşıya durduqlarını xatırladaraq deyib: İran və Türkiyə çətin günlərdə və problemlər zamanı biri-birinin kənarında durduqlarını isbatladılar. 

Ruhani İranın koronavirus ilə mübarizədəki uğurlu təcrübələrinə toxunaraq iki ölkə rəsmilərinin qarşılıqlı olaraq bu sahədəki təcrübələrin mübadiləsinə təşəbbüs göstərmələrini vurğulayıb. 

İİR prezidenti Amerikanın İran xalqına qarşı zalımcasına sanksiyalarına, Beynəlxalq Valyuta Fondunun bu ağır şəraitdə İrana kredit verməsi qarşısında maneələr yaratmasına toxunaraq deyib: Bu gün bütün ölkələr Amerikanın anti-bəşər təzyiqləri qarşısında qətiyyətli və aydın mövqe tutmalıdırlar.

Ruhani İran, Türkiyə və Rusiya prezidentlərinin Astana prossesi çərçivəsində razılaşmaların icrası istiqamətindəki danışıqlarını önəmli hesab edib və deyib: Hamı Suriya xalqının və region xalqlarının stabillik və sakitliyə malik olmasına səy göstərməlidir. 

Türkiyə prezidenti də Amerikanın İrana qarşı sanksiyalarını pisləyərək deyib: İran və Türkiyə arasındakı ticarə mübadilələri səhiyyə məsələlərinə riayət edilməklə davam etdirilməlidir və iki ölkə bu ağır günləri biri-biri ilə əməkdaşlıq edərək arxada qoyacaq.

Rəcəb Təyyib Ərdoğan Astana prossesi çərçivəsində İran, Türkiyə və Rusiya prezidentlərinin, eləcə də İran-Türkiyə Əməkdaşlıqları üzrə Ali Şuranın iclasının video konfrans formatında keçirilməsini təklif edərək, İran, Türkiyə və Rusiyanın Astana prossesi çərçivəsindəki razılaşmalarının icrasını vurğulayıb, regionda atəşkəsin sülh və sabitliyin bərqərar olunmasının əhəmiyyətinə təkid edib. 

Teqlər